Tez-tez verilən suallar
IT infrastrukturu, proqramlaşdırma, şəbəkə, kiber təhlükəsizlik və autsorsinq xidmətləri barədə qısa cavablar.
Proqram təminatından infrastruktura qədər bütün işləri görürük: veb saytlar və platformalar, mobil tətbiqlər, SaaS məhsulları, CRM/ERP/HRM sistemləri, UI/UX dizayn və AI avtomatlaşdırma; cloud, DevOps, serverlər və şəbəkələr; help desk vasitəsilə gündəlik IT dəstəyi. Bundan əlavə, təhlükəsizlik sistemləri quraşdırırıq: firewall, IP kameralar, kartlı giriş və turniketlər.
Hər əməkdaşlıq NDA (məxfilik sazişi) çərçivəsində aparılır. Kod və müştəri məlumatları şifrələnmiş cloud mühitlərində saxlanılır. Şəbəkə səviyyəsində təhlükəsizlik siyasətləri tətbiq edir, kənar müdaxilənin qarşısını almaq üçün Fortinet və ya Sophos firewall-ları sazlayırıq.
Bəli. Əvvəlcə mövcud on-premise serverlərinizi təhlil edirik, sonra sistemləri AWS, Google Cloud, Azure, DigitalOcean və ya yerli məlumat mərkəzinə köçürürük. Docker/Kubernetes ilə konteynerləşdirmə və blue-green deployment sayəsində köçürmə ən az fasilə ilə və ya fasiləsiz aparılır, gündəlik işiniz pozulmur.
Bəli. IT dəstəyi və help desk xidməti SLA ilə rəsmiləşdirilir. Sazişdə problemin ciddilik dərəcəsinə görə (kritik, yüksək, orta, aşağı) reaksiya və həll müddətləri, əlçatanlıq (uptime) göstəricisi və digər keyfiyyət meyarları müəyyən edilir.
Bəli. Proqram təminatını (SaaS, CRM və s.), şəbəkəni və ya biometrik giriş sistemini təhvil verdikdən sonra əməkdaşlarınız üçün təlim keçiririk. Sistemlərin necə idarə olunacağını izah edən texniki sənədləri və video təlimatları da sizə veririk.
Ştatda tam IT komandası saxlamaq baha başa gəlir. Autsorsinqdə isə şəbəkə, proqramlaşdırma, sistem idarəçiliyi və kiber təhlükəsizlik üzrə təcrübəli komandanın biliyindən istifadə edirsiniz. Beləliklə, xərclərə qənaət edir, sistemlərinizi isə daha etibarlı edirsiniz.
Əvvəlcə obyektə baxış keçirir, nəzarət və keçid nöqtələrini müəyyən edirik. Layihə hazır olandan sonra şəbəkə xətləri çəkilir, IP kameralar, turniketlər, kartlı və ya biometrik (üz tanıma, barmaq izi) keçid cihazları quraşdırılır və mərkəzi proqrama qoşulur.
Sualınız siyahıda yoxdursa, bizə yazın
Texniki və ya əməkdaşlıqla bağlı sualınızı birbaşa göndərin. Mühəndislərimiz mümkün qədər tez cavab verəcək.