Əsas məzmuna keç
HAQQIMIZDA

IT Outsource 360 haqqında

Proqram təminatı, cloud və IT infrastrukturu ilə məşğul olan mühəndislik şirkətiyik. Ofislərimiz Bakıda və Berlindədir.

Kimik və necə işləyirik

Startaplar, kiçik və orta şirkətlər, eləcə də böyük korporativ müştərilər üçün proqram məhsulları hazırlayır və IT sistemləri qururuq. Komandada proqramçılar, sistem mühəndisləri, DevOps mütəxəssisləri və IT konsultantları çalışır.

Veb sayt, mobil tətbiq, server, cloud: hamısına bir komanda baxır. Hər iş üçün ayrı şirkət axtarmağa ehtiyac qalmır.

Hazırlamaqdan dəstəyə qədər

Build, Run və Support: məhsulu hazırlayırıq, cloud-da işlədirik və təhvildən sonra da dəstəkləməyə davam edirik.

Baku · Berlin
AZ · EN · TR · RU · DE
Build · Run · Support
DƏYƏRLƏRİMİZ

Dörd prinsip əsasında işləyirik

Əvvəlcə işinizi anlamaq

Layihəyə şirkətinizin necə işlədiyini öyrənməklə başlayırıq: kim nə edir, məlumat haradan gəlir, iş harada ləngiyir. Texniki qərarları bu mənzərəyə görə veririk.

Uzunmüddətli əməkdaşlıq

Müştərilərimizlə illərlə işləmək istəyirik. Proqram böyüdükcə və sistemlər dəyişdikcə işi eyni komanda davam etdirir, layihəni hər dəfə yenidən izah etməyə ehtiyac qalmır.

Keyfiyyət ilk gündən

Təhlükəsizlik, sürət və oxunaqlı kod işin sonuna saxlanmır, layihənin ilk günündən nəzərə alınır.

Tam məsuliyyət

Götürdüyümüz işin texniki məsuliyyəti bizdədir. Kodun yazılmasından serverlərin qurulmasına və monitorinqinə qədər razılaşdığımız işləri sona qədər özümüz aparırıq.

TEXNOLOGİYALAR

İşlədiyimiz alətlər və texnologiyalar

Veb, mobil və infrastruktur layihələrində istifadə etdiyimiz proqramlar, framework-lər və platformalar.

Frontend və UI/UX

ReactNext.jsVue.jsAngularTypeScriptTailwind CSSshadcn/uiRedux ToolkitTanStack QueryViteFigma

Backend və API

Node.jsNestJSExpress.jsGoDjangoFastAPILaravel.NET (C#)PrismaGraphQLApache KafkaRabbitMQ

Mobil

FlutterReact NativeKotlinSwiftFirebase

Verilənlər bazası

PostgreSQLMySQLMicrosoft SQL ServerMongoDBRedisElasticsearchClickHouseAmazon S3 / MinIO

Cloud & DevOps

AWSMicrosoft AzureGoogle CloudHetznerDockerKubernetesTerraformAnsibleGitHub ActionsGitLab CI/CDNginxCloudflare

Şəbəkə və serverlər

CiscoMikroTikUbiquiti UniFiWireGuardLinuxWindows ServerActive DirectoryMicrosoft 365ProxmoxVMware vSphereVeeam

Təhlükəsizlik

Fortinet FortiGatepfSenseCloudflare WAFWazuhKeycloakHashiCorp VaultOWASP ZAPTrivyHikvisionDahuaZKTeco

Monitorinq

PrometheusGrafanaELK StackSentryZabbix

QA və test

PlaywrightSeleniumJestVitestPostmank6SonarQube

AI və avtomatlaşdırma

OpenAI APIAnthropic Claude APILangChainn8nTelegram Bot APIWhatsApp Business API
AÇIQ MƏNBƏ

Təsisçimizin hazırlayıb paylaşdığı alətlər

IT Outsource 360-ın təsisçisi Ali Zeynalli bu alətləri açıq mənbəli layihələr kimi yayımlayır. Kod hamıya açıqdır: onu oxumaq, öz serverinizdə işlətmək və inkişafına töhfə vermək olar.

Nəyə ehtiyacınız olduğunu birlikdə müəyyən edək

Layihənizdən və ya infrastrukturdakı problemdən danışın. Vəziyyətə baxıb nə etmək lazım olduğunu təklif edərik.