Kiber təhlükəsizlik və firewall
Şəbəkəni kənar hücumlardan qoruyan firewall-lar (Fortinet, Sophos) və kiber mühafizə tədbirləri.
Kiber və fiziki təhlükəsizlik: firewall, kameralar, turniketlər və giriş nəzarəti.
Şəbəkəni kənar hücumlardan qoruyan firewall-lar (Fortinet, Sophos) və kiber mühafizə tədbirləri.
Daxili və xarici IP kameraların, NVR ilə qeydiyyatın və uzaqdan canlı izləmənin quraşdırılması.
İcazəsiz daxilolma, hərəkət və yanğın sensorları. Həyəcan siqnalları mərkəzi pulta və mobil bildiriş kimi telefona gəlir.
Turniket, kartlı keçid, üz tanıma və biometrik giriş sistemlərinin bir bazaya qoşulması.
Məxfi sənədlərin, müştəri bazalarının və digər vacib məlumatların şirkətdən kənara çıxmasının qarşısını alan proqramların qurulması.
İlk görüşdən sistemlərinizin gündəlik idarəsinə qədər işin ardıcıllığı.
İlk görüşlərdə mövcud proseslərinizi öyrənir, problemi və məqsədləri birlikdə dəqiqləşdiririk.
Arxitekturanı, texnologiyaları və iş planını müəyyən edirik: nə, hansı ardıcıllıqla və nə vaxt ediləcək.
Proqram yazılır, cloud mühiti yaradılır, serverlər sazlanır və bütün hissələr bir sistemdə birləşdirilir.
Sistemi canlı mühitə çıxarırıq. Monitorinq 24/7 aparılır, istifadəçilərin müraciətlərinə isə help desk baxır.
Yeni məhsul, cloud infrastrukturunun təhlükəsizliyi və ya help desk xidməti: hansı mövzu olursa, bizə yazın.