Əsas məzmuna keç
Bütün xidmətlərə qayıdın
build

WhatsApp Business inteqrasiyası

WhatsApp-ı CRM-ə, sayta və daxili sistemlərə qoşuruq: bildirişlər, botlar və müştəri yazışmaları bir yerdə.

Tez-tez verilən suallar
01

Xidmətə daxil olanlar

01

Rəsmi WhatsApp Business API

Qeyri-rəsmi alətlər yox, Meta-nın rəsmi Cloud API-si: hesabınız Meta qaydalarına uyğun işləyir.

02

CRM və ERP inteqrasiyası

Gələn və gedən mesajlar müştəri kartına yazılır, komanda yazışmanı CRM-dən görür və cavablayır.

03

Avtomatik bildirişlər

Randevu xatırlatması, sifariş və çatdırılma statusu, ödəniş təsdiqi: Meta-nın təsdiqlədiyi şablon mesajlarla.

04

Botlar və AI cavablar

Tez-tez verilən suallara, sifariş qəbuluna və ilkin müraciətlərə avtomatik cavab. Lazım olanda söhbət əməkdaşa ötürülür.

05

Hesabın qoşulması (Embedded Signup)

Şirkətinizin WhatsApp nömrəsini Meta-nın rəsmi axını ilə qoşuruq. Hesab və ödəniş sizin adınıza qalır.

06

Mesaj şablonları

Bildiriş, xidmət və marketinq şablonlarını hazırlayır, Meta-nın təsdiqindən keçiririk.

İŞ PROSESİMİZ

İş dörd mərhələdə gedir

İlk görüşdən sistemlərinizin gündəlik idarəsinə qədər işin ardıcıllığı.

  1. Addım 01

    Tanışlıq və təhlil

    İlk görüşlərdə mövcud proseslərinizi öyrənir, problemi və məqsədləri birlikdə dəqiqləşdiririk.

  2. Addım 02

    Dizayn və planlaşdırma

    Arxitekturanı, texnologiyaları və iş planını müəyyən edirik: nə, hansı ardıcıllıqla və nə vaxt ediləcək.

  3. Addım 03

    Hazırlama

    Proqram yazılır, cloud mühiti yaradılır, serverlər sazlanır və bütün hissələr bir sistemdə birləşdirilir.

  4. Addım 04

    İşlətmə və dəstək

    Sistemi canlı mühitə çıxarırıq. Monitorinq 24/7 aparılır, istifadəçilərin müraciətlərinə isə help desk baxır.

build
Bütün xidmətlər

Layihənizdən danışın

Yeni məhsul, cloud infrastrukturunun təhlükəsizliyi və ya help desk xidməti: hansı mövzu olursa, bizə yazın.